Hemilton yeni rekorda imza atdı

 18:36 20.10.2025     372

Yeddiqat dünya çempionu, "Ferrari" pilotu Lyuis Hemilton yeni rekorda imza atıb.

Redaktor18:.az xarici KİV-ə istinadən xəbər verir ki, o, "Formula 1" karyerası ərzində 5000-dən çox xal toplayan ilk sürücü olub.

Təcrübəli pilot bunu oktyabrın 17-19-da keçirilən ABŞ Qran-prisində reallaşdırıb. O, Qran-pridə xallarının sayını 5004,5-ə çatdırıb.

Qeyd edək ki, L.Hemilton ABŞ Qran-prisində 4-cü yeri tutub.

Vumart və Güvən reklamı Vumart Güvən