“Zirə” onunla yollarını ayırdı

 14:33 22.10.2025     265

“Zirə” PFK oyunçusu Vinsent Tillə yollarını ayırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı klubu paylaşım edib.

Bildirilib ki, futbolçu ilə klub arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, Luksemburq yığmasının da üzvü olan Till son olaraq “Sabah”da çıxış edib. O, bu yay “Zirə” yə transfer olmuşdu.

Vumart və Güvən reklamı Vumart Güvən