"Qarabağ" liqa mərhələsində ilk dəfə məğlub OLDU

 22:41 22.10.2025     1083

Matç bitdi. Ağdam təmsilçisi 1:3 hesabı ilə uduzub. Bu, onların arıdıcıl 2 qələbədən sonra liqa mərhələsində ilk məğlubiyyəti olub.

***

Qorka Quruzeta 88-ci dəqiqədə dubla imza atır.

***

69-cu dəqiqədə Robert Novarro “Atletik”i hesabda önə keçirir.

***

İkinci hissə başladı.

***

Fasilə.

***

Qorka Quruzeta 40-cı dəqiqədə hesabı bərabərləşdirir.

***

Leandro Andrade erkən qolla hesabı açır.
***

Matç başladı.

***

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turu çərçivəsində növbəti matçına çıxacaq.

Redaktor.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə İspaniya təmsilçisi "Atletik"lə üz-üzə gələcək.

Oyuna Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Qeyd edək ki, geridə qalan iki turdan sonra “Qarabağ”ın 6, “Atletik”in isə xalı yoxdur.

UEFA Çempionlar Liqası

III tur

20:45. “Atletik” - “Qarabağ”

Baş hakim: İqor Payaç (Xorvatiya)

Bilbao, “San Mames” stadionu

"Atletik": 1. Unay Simon, 17. Yuri Berçiçi, 14. Aymrik Laport, 4. Aytor Paredes, 2. Andoni Qorosabel, 18. Mikel Xarequizar, 30. Alexandro Reqo, 8. Oyan Sanset, 9. İnaki Villiams (k), 10. Niko Uilyams, 11. Qorka Quruzeta

Baş məşqçi: Ernesto Valverde

"Qarabağ": 99. Mateuş Koxlaski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran, 7. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov.

Vumart və Güvən reklamı Vumart Güvən