Bu gün İspaniya çempionatında mövsümün ilk “El Klasiko”su keçiriləcək

 09:40 26.10.2025     326

Bu gün İspaniya La Liqasında mövsümün ilk “El Klasiko”su keçiriləcək.

Redaktor.az xəbər verir ki, X tur çərçivəsində oynanılacaq “Real Madrid” – “Barselona” matçı Bakı vaxtı ilə saat 19:15-də başlayacaq. “Santyaqo Bernabeu”dakı görüşü baş hakim Sesar Soto Qrado idarə edəcək.

Qeyd edək ki, hazırda “kral klubu” 24 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniya təmsilçisi isə 22 xalla ikinci pillədə qərarlaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən