“Mahirin qolu olmasaydı, bəlkə də burda baş məşqçi deyildim” - Liberknext

 12:01 27.10.2025     395

Almaniyanın “Kayzerslautern” klubunun baş məşqçisi Tomas Liberknext maraqlı açıqlama verib.

Redaktor.az-ın məlumatına görə, o, komandasında çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emreli sayəsində hazırda bu klubun baş məşqçisi olduğunu bildirib:

“Ötən ilin aprelində “Kayzerslautern” “Nürnberq”lə qarşılaşırdı. Həmin matç olmasaydı, Mahir qol vurmasaydı, bəlkə də mən burada baş məşqçi deyildim”. 

Qeyd edək ki, həmin matçda “Nürnberq”in qələbə qolunu Mahir Emreli vurmuşdu. Məğlub olan “Kayzerslautern” o dönəmdəki baş məşqçi Markus Anfanqı istefaya göndərmişdi. Onun yerinə isə Tomas Liberknext gətirilmişdi. 

Vumart və Güvən reklamı Vumart Güvən