Azərbaycanın U-17 millisi böyük hesabla uduzdu

 18:19 27.10.2025     316

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

Redaktor.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Vadul lui Voda şəhərində keçirilən görüş Kosovo seçməsinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 qrupda son matçını oktyabrın 30-da Moldova yığmasına qarşı keçirəcək.

Vumart və Güvən reklamı Vumart Güvən