Türkiyənin oyunundan öncə hakim huşunu itirdi

 11:49 29.10.2025     333

Qadınlar arasında keçirilən Millətlər Liqasında baş tutan Türkiyə - Kosovo (3-0) oyununda gərgin anlar yaşanıb.

Redaktor.az xəbər verir ki, qarşılaşmanın hakimi Mixalina Dyakov dövlət himnləri səslənərkən özünü pis hiss edib və huşunu itirib. 

Həkimlərin müdaxiləsindən sonra o özünə gəlib və paltardəyişmə otağına aparılıb. 

Qarşılaşmanı isə 4-cü hakim idarə edib. 



Vumart və Güvən reklamı Vumart Güvən