Millimizə yeni baş məşqçi təyin olundu

 13:35 30.10.2025     334

Su polosu üzrə Azərbaycan milli komandası yeni baş məşqçi təyin olunub.

Redaktor.az xəbər verir ki, komanda xorvatiyalı Qoran Sabliçə həvalə olunub. 

Otuz ildən artıq beynəlxalq təcrübəyə malik olan Qoran Sabliç bu illər ərzində Xorvatiya, İran, Türkiyə, Küveyt, Yaponiya, Braziliya, Səudiyyə Ərəbistanı, Fransa, Yeni Zelandiya, Zimbabve və İsveçrə kimi ölkələrdə çalışıb.

Vumart və Güvən reklamı Vumart Güvən