Stefano Pioli İtaliya klubundan ayrıldı

 19:00 03.11.2025     266

İtaliyanın “Fiorentina” komandasının baş məşqçisi Stefano Pioli vəzifəsindən ayrılıb.

Redaktor.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Buna kollektivin uğursuz çıxışı səbəb olub.

Artıq hər iki tərəf müqavilənin ləğvi ilə bağlı danışıqlar aparır.

60 yaşlı italyan mütəxəssis bu mövsüm A Seriyasında qələbə qazana bilməyib. “Fiorentina” 10 turdan sonra 4 xalla 19-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, Stefano Pioli bu ilin yayından Florensiya təmsilçisində işləyirdi.

Vumart və Güvən reklamı Vumart Güvən