"Konyaspor"a yeni baş məşqçi təyin edildi

 13:40 04.11.2025     274

Türkiyənin “Konyaspor” komandasının yeni baş məşqçisi məlum olub.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Çağdaş Atan gətirilib. Onunla imzalanacaq müqavilənin detalları açıqlanmayıb.

Konya təmsilçisini son olaraq Recep Uçar çalışdırıb.

Komanda Superliqada 11 turdan sonra 14 xalla 8-ci pillədə qərarlaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən