“Kəpəz” daha bir futbolçusunu göndərdi

 17:02 09.11.2025     308

“Kəpəz” Vitor Feijao ilə yollarını ayırıb.

Redaktor.az xəbər verir ki, bu haqda klub məlumat yayıb.

Bildirilib ki, braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, braziliyalı futbolçu mövsümün əvvəlində komandaya cəlb olunub. Yarımmüdafiəçi 9 çempionat oyununda 1 qol vurub.

Qeyd edək ki, “Kəpəz” Otar Aptsiauri ilə də yollarını ayırıb.

Vumart və Güvən reklamı Vumart Güvən