"Barselona" səfərdə 4 qolla qalib gəldi

 02:31 10.11.2025     440

İspaniya La Liqasının növbəti turunda "Barselona" səfərdə "Selta Viqo"nun qonağı olub.

Redaktor.az xəbər verir ki, matç Kataloniya klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb. Qolları "Barselona"nın heyətində Robert Levandovski (10, 37, 73) və Lamin Yamal (45+4), "Selta Viqo"nun heyətində isə Serxio Vilarino (11) və Borja İqlasias (43) vurub.

Qeyd edək ki, aktivinə 3 xal yazdıran "Barselona" klubu turnir cədvəlində 28 xalla ikinci pillədə qərarlaşıb. "Selta Viqo" isə 13 xalla 13-cü sırada qalıb. La Liqaya 31 xalla "Real Madrid" başçılıq edir.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən