Azərbaycan - Fransa oyununda qapımızı o QORUYACAQ

 20:50 15.11.2025     387

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun son oyunu çərçivəsində keçiriləcək Azərbaycan - Fransa oyununda yığmamızın qapısını qoruyacaq qolkiper bəlli olub. 

Redaktor.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında qapı xəttində Şahruddin Məhəmmədəliyevin olacağını açıqlayıb. 

Xatırladaq ki, 2 gün əvvəl İslandiyaya qarşı matçda (0:2) milli komandamızın qapı xəttində Aydın Bayramov olmuşdu. Ş.Məhəmmədəliyev cəza səbəbindən matçı buraxmalı olmuşdu.

Vumart və Güvən reklamı Vumart Güvən