"Qalatasaray"dan Osimhenin zədəsi barədə AÇIQLAMA

 14:06 19.11.2025     278

"Qalatasaray"ın forvardı Viktor Osimhenin son durumu bəlli olub.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Aparılan MRT müayinəsində nigeriyalı hücumçunun sol arxa əzələsində orta dərəcəli gərilmə və kiçik qanama aşkarlanıb. Futbolçunun müalicə prosesinə artıq start verilib.

Məlumata görə, Nigeriya millisinin heyətində zədələnən forvard "Gençlerbirliyi" ilə oyunda meydana çıxa bilməyəcək.

Osimhenin “Fənərbaxça” derbisində forma geyinə biləcəyi isə sual altındadır.

Vumart və Güvən reklamı Vumart Güvən