“Araz-Naxçıvan” “Turan Tovuz”a, “Zirə” “Qəbələ”yə qarşı
Misli Premyer Liqasında 12-ci turun oyunları keçirilir.
Redaktor.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Araz-Naxçıvan” Sumqayıtda “Turan Tovuz”la üz-üzə gələcək. Günün digər oyunu “Zirə” ilə “Qəbələ” arasında keçiriləcək.
Xatırladaq ki, daha öncə “Karvan-Yevlax” “Kəpəz”ə (1:2), “Sumqayıt” “Qarabağ”a (2:4) uduzub. “Sabah” – “Şamaxı” və “Neftçi” – “İmişli” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
12-ci tur
22 noyabr
“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, İslam Məmmədov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00.
“Zirə” – “Qəbələ”
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu, 17:30.













