“FIFA series” turniri yenidən Azərbaycanda təşkil olunacaq

 17:02 23.11.2025     261

“FIFA series” turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino məlumat verib.

O, bildirib ki, turnir 2026-cı ilin mart və aprel aylarında beynəlxalq oyunlar pəncərəsi çərçivəsində baş tutacaq.

Qeyd edək ki, 2024-cü ildə “FIFA series” layihəsinə ev sahibliyi edən ölkələrdən biri də Azərbaycan olub.

Vumart və Güvən reklamı Vumart Güvən