"Fənərbaxça" səfərdə "Rizəspor"u böyük hesabla məğlub etdi

 23:45 23.11.2025     297

Türkiyə Super Liqasında XIII turun oyunları davam edir.

Redaktor.az xəbər verir ki, günün son matçında "Fənərbaxça" səfərdə "Rizəspor"la qarşılaşıb.

Gərgin keçən görüşün ilk hissəsi ev sahiblərinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra hücumların sayını artıran İstanbul təmsilçisi ardıcıl olaraq rəqib qapısından beş qol keçirib və qarşılaşmadan 5:2 hesablı qələbə ilə ayrılıb.

Türkiyə Super Liqası
XIII tur
15:30. "Rizəspor" - "Fənərbaxça" - 2:5

Vumart və Güvən reklamı Vumart Güvən