“Sabah” stadiona ərzaq buraxmadı - AFFA xəbərdarlıq ETDI

 14:48 25.11.2025     294

AFFA “Sabah” klubuna xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, buna səbəb Premyer Liqanın 12-ci turunda “Şamaxı” ilə matçda tamaşaçılar tərəfindən gətirilmiş, gətirilməsi qadağan olunmamış əşyalar stadiona buraxılmamasıdır. 

Federasiya əşyalara qadağa qoyan Masazır klubunu eyni halın təkrar olunacağı halda cəzalandıracaq. 

Qeyd edək ki, “Sabah” – “Şamaxı” oyununda meydan sahibləri stadiona təhlükəsizliyə təhdid yaratmayan ərzaqlar gətirdiyi halda onları stadiona buraxmamışdı. Bu da azarkeşlərin etirazına səbəb olmuşdu. 

Vumart və Güvən reklamı Vumart Güvən