"Fənərbaxça" - "Qalatasaray" derbisinin baş hakimi bəlli OLDU

 13:52 27.11.2025     296

Türkiyə Super Liqasının 14-cü həftəsində keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" derbisinin hakimi bəlli olub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

İstanbul derbisini Yasin Kol idarə edəcək.

Ona Abdullah Bora Özkara və Bahtiyar Birinci kömək edəcək. Dördüncü hakim funksiyasını isə Ali Yılmaz yerinə yetirəcək.

Qeyd edək ki, "Fənərbaxça"-"Qalatasaray" derbisi dekabrın 1-də baş tutacaq.

Vumart və Güvən reklamı Vumart Güvən