"Betis" Pelleqrini ilə müqaviləni uzatdı

 17:56 28.11.2025     340

İspaniyanın “Betis” klubu baş məşqçisi Manuel Pelleqrini ilə müqaviləni yeniləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Sevilya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

2026-cı ilin yayında başa çatacaq sözləşmənin müddəti daha bir il uzadılıb.

Qeyd edək ki, 72 yaşlı çilili mütəxəssis 2020-ci ilin avqustundan komandaya rəhbərlik edir.

Vumart və Güvən reklamı Vumart Güvən