“Neftçi” “Turan Tovuz”la heç-heçə ETDİ

 21:46 28.11.2025     370

Azərbaycan Premyer Liqasında 13-cü tura start verilib.

Redaktor.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

“Kəpəz” “Zirə”ni qəbul edib. Yevlax şəhər stadionunda keçirilən görüş “Zirə”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda “Zirə” 5 cavabsız qolla qalib gəlmişdi.

Günün digər matçında isə “Neftçi” “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 0:0. “Turan Tovuz” ilk dövrədə səfərdə “Neftçi”ni 1:0 hesabı ilə məğlub etmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən