Azərbaycan millisi sonuncu oyunda məğlub oldu - Seçmə mərhələ

 17:54 01.12.2025     271

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Redaktor.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma Şimali Makedoniyanın Strumitsa şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Kukus” stadionunda keçirilən görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi daha əvvəl Şimali Makedoniyaya 0:3, Sloveniyaya isə 0:2 hesabı ilə məğlub olub.

Vumart və Güvən reklamı Vumart Güvən