Türkiyədə məşhur futbolçu saxlanıldı

 14:17 02.12.2025     385

Türkiyə milli komandasının, “Fənərbaxça” və “Beşiktaş”ın sabiq oyunçusu Gökhan Gönül saxlanılıb.

Redaktor.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 12 nəfərlə birlikdə saxlanılan Gönül fond bazarında süni qiymət dalğalanmaları yaratmaqda şübhəli bilinir.

Araşdırma nəticəsində bu şəxslərin qiymətləri manipulyasiya edərək, qeyri-qanuni əməliyyatlar həyata keçirdikləri müəyyən edilib.

Bu ilin mayın sonuna qədər Türkiyənin U-21 millisinin baş məşqçisi işləmiş G.Gönül hazırda "Fənərbaxça" klubununda baş məşqçi Domeniko Tedeskonun köməkçisidir. 

Vumart və Güvən reklamı Vumart Güvən