"Qarabağ" - "Ayaks" oyununun biletlərinin əksəriyyəti SATILDI

 18:00 04.12.2025     221

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun biletlərinin əksəriyyəti satılıb.

Redaktor.az-ın məlumatına görə, 10, 15, 25, 35 manatlıq biletlər tükənib.

Satış saat 15:00-da başlanıb. 40, 50, 75 manatlıq, həmçinin VIP və VVIP sektorlar üçün biletlər qalıb.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Vumart və Güvən reklamı Vumart Güvən