Messinin ötürmələri "İnter Mayami"yə kubok qazandırır - Özü isə 48-ci kuboku qaldırır

 02:05 07.12.2025     700

MLS finalında Lionel Messinin kapitanı olduğu "İnter Mayami" "Vankuver Uaytkeps" komandası ilə qarşılaşıb.

Redaktor.az xəbər verir ki, oyunun 8-ci dəqiqəsində "İnter Mayami" "Vankuverə" qarşı 1-0 hesabı ilə irəli çıxıb. Belə ki, Tadeo Allendenin sol cinaha ötürdüyü top Okampoya dəyərək qapıdan keçir.

60-cı dəqiqədə "Vankuver"in oyunçusu Əli Əhmədin vurduğu qolla hesab bərabərləşir - 1:1.

71-ci dəqiqədə "İnter Mayami"nin hücumçusu De Paul Messinin ötürməsini qola çevirir - 2-1.

90+6-cı dəqiqədə Messinin daha bir ötürməsi qolla nəticələnir. Bu dəfə Allende fərqlənir - 3:1.

Beləliklə, Messinin ötürmələri ilə "İnter Mayami" MLS finalında qalib gəlir.

Bununla da Lionel Messi karyerasında 48-ci kuboku qazanır.

Qeyd edək ki, Messi futbol tarixində ən çox kubok qazanan futbolçudur.

Turan ASLAN

2
Vumart və Güvən reklamı Vumart Güvən