“Ayaks” Bakıda - FOTO

 11:23 09.12.2025     333

UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda Bakıda “Qarabağ”la qarşılaşacaq “Ayaks” (Niderland) ölkəmizə gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.


Vumart və Güvən reklamı Vumart Güvən