"Sumqayıt" yeddi dəqiqəyə "Neftçi"yə iki qol VURDU

 22:09 15.12.2025     384

Misli Premyer Liqasında XV turun son oyununda "Neftçi" "Sumqayıt"la qarşılaşıb.

Redaktor.az xəbər verir ki, "Palms Sports Arena" baş məşqçi Yuri Vernidubun rəhbərliyi ilə ilk oyuna çıxan paytaxt təmsilçisi 2:2 hesablı heç-heçəyə razılaşıb.

Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 34-cü dəqiqədə İmad Faraj hesabı açıbsa, Bassala Sambu 49-cu dəqiqədə "ağ-qaralar"ın üstünlüyünü iki topa çatdırıb. Bununla belə, Bakı kollektivi qələbə hesabını qoruya bilməyib.

"Gənclik şəhəri" təmsilçisinin heyətində 74-cü dəqiqədə Nsana Simon fərqi minimuma endirib. Final fitinə 9 dəqiqə qalmış isə Səbuhi Abdullazadə adını tabloya yazdırmaqla komandasını məğlubiyyətdən xilas edib.

Turnir cədvəlində "Sumqayıt" 27 xalla üçüncü, "Neftçi" isə 17 xalla səkkizincidir.

Qol: İmad Faraj, 34 (1:0), Bassala Sambu, 49 (2:0), Nsane Simon, 74 (2:1), Səbuhi Abdullazadə, 81, (2:2)

Vumart və Güvən reklamı Vumart Güvən