Şahruddin Məhəmmədəliyev əməliyyat olundu

 17:37 18.12.2025     521

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.

Redaktor.az xəbər verir ki, 31 yaşlı qolkiper adıçəkilən şəhərdə özəl klinikaların birində sol bud oynağından uğurlu əməliyyat keçirib.

Məhəmmədəliyevin əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.

Vumart və Güvən reklamı Vumart Güvən