“Fənərbaxça” inamlı qələbə ilə liderliyə yüksəldi

 22:16 20.12.2025     444

Türkiyə Superliqasında XVII turun oyunları keçirilir.

Redaktor.az xəbər verir ki, “Fənərbaxça” bu tur “Eyüpspor”un qonağı olub.

Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Anderson Taliska, Marko Asensio və Con Duran vurublar. Bu nəticədən sonra xallarını 39-a çatdıran “Fənərbaxça” liderliyə yüksəlib.

Günün ilk matçında “Konyaspor” “Kayserispor”la heç-heçə edib - 1:1.

Vumart və Güvən reklamı Vumart Güvən