Tiaqo Silva 41 yaşında “Portu”ya keçdi

 01:13 21.12.2025     439

Braziliyalı tanınmış futbolçu Tiaqo Silva özünə yeni komanda tapıb.

Redaktor.az xəbər verir ki, 41 yaşlı müdafiəçi Portuqaliyanın “Portu” komandasına keçib.

Onunla 1 illik müqavilə imzalanıb. Klub təcrübəli oyunçu ilə sözləşməni daha 6 ay uzada bilər.

Xatırladaq ki, Tiaqo Silva son olaraq Braziliyanın “Fluminense” klubunda oynayıb.

Vumart və Güvən reklamı Vumart Güvən