“Qarabağ”ın futbolçusu 5 il sonra qol vurdu - VİDEO

 17:15 21.12.2025     412

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov 5 il sonra Azərbaycan çempionatında qol vurub.

Redaktor.az xəbər verir ki, o, 16-cı turda “Qəbələ”yə qarşı keçirilən matçda fərqlənib.

Təcrübəli oyunçu bu qolla oyunda bərabərliyi təmin edib. Qeyd edək ki, Bədavi Hüseynov sonuncu dəfə Azərbaycan çempionatında 2020/2021 mövsümündə “Keşlə”nin qapısına yol tapmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən