Azərbaycan millisi ili 127-ci pillədə başa vurdu - FIFA reytinqi

 17:01 22.12.2025     399

FIFA milli komandalar üçün ilin son reytinq cədvəlini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Azərbaycan yığmasının mövqeyində dəyişiklik olmayıb.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1132,97 xalla 127-ci pillədə qalıb.

Reytinqə 1877,18 xalla son Avropa çempionu İspaniya millisi başçılıq edir. İkinci sırada son dünya çempionu Argentina (1873,33), üçüncü pillədə isə Fransa (1870) yer alıb.

Vumart və Güvən reklamı Vumart Güvən