“Yuventus” autsayderi məğlub etdi

 14:30 28.12.2025     463

İtaliya A Seriyasında XVII turun oyunları davam edir.

Redaktor.az xəbər verir ki, “Yuventus” səfərdə “Piza” ilə qarşılaşıb. Görüş Turin klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 32-yə yüksəldən qonaqlar 3-cü pilləyə yüksəlib. Ev sahibi komanda isə 11 xalla 19-cu yerdədir.

Vumart və Güvən reklamı Vumart Güvən