Lamin Yamal ən yaxşı SEÇİLDİ

 18:00 06.01.2026     266

İspaniyanın "Barselona" komandasının futbolçusu Lamin Yamal La Liqada mövsümün ilk yarısının ən yaxşı oyunçusu seçilib.

Redaktor.az "WhoScored" portalına istinadən xəbər verir ki, 17 yaşlı vinger analitiklərin qiymətləndirməsinə əsasən 8,29 xalla ilk sırada qərarlaşıb.

O, bu göstərici ilə "Real Madrid"in ulduzu Kilian Mbappeni (8,04 xal) geridə qoyub. Onlar La Liqada 8 və ya daha yuxarı reytinq alan yeganə futbolçulardır.

İlk “üçlüy”ü Mbappenin komanda yoldaşı Cud Bellinqem tamamlayıb (7,44). İlk “beşlik”də, həmçinin "Barselona"nın braziliyalı üzvü Rafinya (7,36) və "Real Madrid"in digər ulduzu Vinisius Junior (7,30) da yer alıb.

Vumart və Güvən reklamı Vumart Güvən