"Real Madrid" yayda transfer etdiyi ulduz futbolçudan NARAZIDIR

 20:49 06.01.2026     289

"Real Madrid" yay transfer dönəmində heyətinə qatdığı ingiltərəli müdafiəçi Trent Aleksandr-Arnolddan narazıdır.

Redaktor.az Böyük Britaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi müdafiəçinin məşqlərə münasibətini və oyuna hazırlıq səviyyəsini bəyənmir.

Komanda bu gedişlə Trent Aleksandr-Arnoldun satılmasına razılıq verəcək.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla 11 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

2
Vumart və Güvən reklamı Vumart Güvən