“Fənərbağça” futbolçusunu icarəyə göndərdi

 18:38 08.01.2026     436

Türkiyənin “Fənərbağça” komandası futbolçusu İrfan Can Kahvecini icarəyə verib.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 2025/2026-cı illər mövsümünün sonuna qədər “Kasımpaşa”nın uğurları üçün çalışacaq.

Qeyd edək ki, İrfan Can Kahveci 2021-ci ildən “Fənərbağça”da çıxış edir.

Vumart və Güvən reklamı Vumart Güvən