Kenan Yıldız "Yuventus"un ən yaxşısı SEÇİLDİ

 21:34 09.01.2026     408

"Yuventus" klubunda dekabr ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.

Səsvermə nəticəsində Türkiyə millisinin üzvü Kenan Yıldız ötən ayın ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, gənc hücumçu "Yuventus"un heyətində iştirak etdiyi beş rəsmi oyunda iki qol və iki assistlə yadda qalıb.

Vumart və Güvən reklamı Vumart Güvən