“Qarabağ” Antalyada ilk oyununa ÇIXACAQ

 11:13 12.01.2026     420

“Qarabağ” bu gün Türkiyədəki təlim-məşq toplanışını çərçivəsində ilk yoxlama görüşünə çıxacaq.

Redaktor.az xəbər verir ki, Ağdam klubu Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə qarşılaşacaq.

Özbəkistan çempionuna qarşı görüşə Bakı vaxtı ilə 18:00-da start veriləcək. Görüş “Gloria Sports Arena”da keçiriləcək.

“Qarabağ”ın ikinci yoxlama matçını yanvarın 16-da “Zaqlembe”yə(Lubin) qarşı oynayacaq. 

Vumart və Güvən reklamı Vumart Güvən