"Qarabağ" Özbəkistan "Neftçi"sinə qalib GƏLDİ

 20:04 12.01.2026     1867

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununda qələbə qazanıb.

Redaktor.az xəbər verir ki, "Gloria Sports Arena"da Özbəkistanın "Neftçi" (Fərqanə) komandası ilə qarşılaşan "köhlən atlar" 5:0 hesablı qələbə qazanıblar.

Ağdamlıların heyətində Marko Yankoviç (3, 29), Leandro Andrade (8), Joni Montiel (10) və Nəriman Axundzadə (71) fərqləniblər.

Vumart və Güvən reklamı Vumart Güvən