"Qalatasaray"ın keçmiş hücumçusu Ümit Karan saxlanıldı

 23:18 14.01.2026     443

Türkiyədə məşhurlara qarşı həyata keçirilən narkotik əməliyyatı çərçivəsində "Qalatasaray" futbol klubunun keçmiş hücumçusu Ümit Karan saxlanılıb.

Redaktor.az bu barədə "En Son Haber" saytına istinadən xəbər verir.

Bildirilir ki, İstanbul Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin apardığı əməliyyat zamanı keçmiş futbolçu Sabiha Gökçen Hava Limanında saxlanılıb.

Qeyd edək ki, Ümit Karan hazırda televiziya kanallarında futbol şərhçisi kimi fəaliyyət göstərir.

 

Vumart və Güvən reklamı Vumart Güvən