"Real Madrid" yenə uduzdu - Kral Kuboku ilə vidalaşdı

 10:39 15.01.2026     417

İspaniya Kubokunun 1/8 final mərhələsində "Real Madrid" səfərdə "Albasete" ilə üz-üzə gəlib.

Redaktor.az xəbər verir ki, matç "kral klubu"nun 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Qalib komandanın heyətində qolları Xavi Vilyar (42-ci dəqiqə) və Xefte Betankor (82, 90+4) vurub.
"Real"da sə Franko Mastantuono (45+3) və Qonsalo Qarsiya (90+1) fərqləniblər.

Bununla da "Real" İspaniya Kubokunda mübarizəni dayandırıb.

Qeyd edək ki, bundan öncə Madrid klubu İspaniya Superkubokunun finalında "Barselona"ya eyni hesabla məğlub olmuşdu. 

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən