"Qarabağ" Polşa klubu üzərində qələbə QAZANDI

 21:55 16.01.2026     498

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" futbol klubu növbəti yoxlama oyununda da qələbə qazanıb.

Redaktor.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Polşanın "Zaqlembe" komandasına qalib gəlib - 3:1.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade (6), Abdullah Zubir (56) və Joni Montiel (69) fərqləniblər.

Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın "Neftçi" klubunu beş cavabsız qolla üstələyib, Xorvatiyanın "Osiyek" kollektivini 3:1 hesabı ilə məğlub edib.

Vumart və Güvən reklamı Vumart Güvən