"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da

 23:32 16.01.2026     364

"Qəbələ"nin sabiq futbolçusu Lukas Afrikonun yeni klubu müəyyənləşib.

Redaktor.az xəbər verir ki, o, Qazaxıstan "Kayrat"ına keçib. Bu barədə klubun saytı məlumat yayıb.

Çempionlar Liqasının iştirakçısı “Kayrat” heyətinə yeni oyunçu cəlb edib.

30 yaşlı müdafiəçi “Vansspor”dan ayrılaraq “Kayrat”la 2026-cı il dekabrın 31-nə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Afriko 2023/2024 mövsümündə “Qəbələ”nin formasını geyinib.

Vumart və Güvən reklamı Vumart Güvən