“Real” və “Barselona”nın sabiq futbolçusu Lüsien Müller vəfat ETDİ
Fransa millisinin, həmçinin İspaniyanın “Real” və “Barselona” klublarının sabiq futbolçusu Lüsien Müller 91 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə futbolçunun karyerasına başladığı “Strasburq” klubunun mətbuat xidməti məlumat yayıb.
Onun ölüm səbəbi açıqlanmayıb.
Lüsien Müller karyerası ərzində Fransanın “Tuluza” və “Reyms” klublarında da çıxış edib. “Reyms”in heyətində iki dəfə Fransa çempionu olub. “Real”da oynadığı dövrdə isə yarımmüdafiəçi üç dəfə İspaniya çempionatının qalibi adını qazanıb.
Məşqçi kimi Müller “Monako” klubunu Fransa Kubokunun qalibi edib.
O, Fransa millisinin heyətində 16 oyuna çıxıb və 3 qol vurub.
Xədicə BAXIŞLI













