"Napoli" braziliyalı hücumçu aldı

 14:09 25.01.2026     516

"Napoli" heyətini yeni oyunçu ilə gücləndirib.

Redaktor.az xəbər verir ki, Neapol təmsilçisi Covane Santana­nın transferini açıqlayıb.

"Napoli" bu transfer üçün "Verona"ya 20 milyon avro ödəyəcək. 22 yaşlı mərkəz hücumçusu ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, bu mövsüm braziliyalı futbolçu A Seriyasında 21 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Vumart və Güvən reklamı Vumart Güvən