"Beşiktaş"ın futbolçusunu transfer etdiyini AÇIQLADI

 22:56 27.01.2026     372

İngiltərə təmsilçisi "Aston Villa" Türkiyənin "Beşiktaş" komandasının futbolçusu Temmi Abrahamı transfer etdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

"Beşiktaş" bu transferə görə 21 milyon avro gəlir əldə edib.

Qeyd edək ki, Temmi Abraham 2025-ci ildən Türkiyə klubunda çıxış edirdi.

Vumart və Güvən reklamı Vumart Güvən