45 yaşında klubunu DƏYİŞDİ

 13:54 28.01.2026     220

İspaniya millisinin sabiq üzvü Dani Quizanın yeni klubu məlum olub.

Redaktor.az xəbər verir ki, 45 yaşlı hücumçu səviyyəcə 7-ci liqada çıxış edən “Xerez İndustrial”a keçib.

Təcrübəli forvardla bu ilin iyununa qədər müqavilə imzalanıb. 

Qeyd edək ki, D.Quizan karyerası ərzində “Fənərbaxça”, “Barselona”, “Kadis”, “Mayorka” və “Xetafe” kimi klublarda çıxış edib. Onun son iş yeri İspaniyanın 7-ci liqasında çıxış edən “Rayo Sanluqeno” klubu olub.

Vumart və Güvən reklamı Vumart Güvən