“Neftçi” yenə “Qarabağ”ı təbrik ETMƏDİ

 14:01 29.01.2026     346

Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsinə adlaması münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, 11 klubdan üçü isə bu təbrikə qoşulmayıb.

Ağdam təmsilçisini təbrik etməyənlər “Neftçi”, “Kəpəz” və “Karvan-Yevlax”dır.

Xüsusilə “Neftçi”nin Azərbaycan təmsilçisinin uğuruna biganə yanaşması müzakirələrə səbəb olub.

“Qarabağ” da öz növbəsində həmin klublara təşəkkürünü bildirib.

Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasının qrup mərhələsinə düşərkən də “Qarabağ”ı təbrik etməmişdi. Bu da müzakirə yaratmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən