"Barselona" 3 xalı 3 qolla QAZANDI

 22:34 07.02.2026     676

İspaniya La Liqasının 23-cü turunda "Barselona" evdə "Malyorka"nı qəbul edib. 

Redaktor.az xəbər verir ki, matç meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb - 3:0.

Qolları 29-cu dəqiqədə Robert Levandovski, 61-ci dəqiqədə Lamin Yamal, 83-cü dəqiqədə Mark Bernal vurublar.

Qeyd edək ki, aktivinə daha 3 xal yazdıran "Barselona" 58 xalla turnir cədvəlinə liderlik edir. "Malyorka" isə 24 xalla 13-cü pillədədir. 

Vumart və Güvən reklamı Vumart Güvən