"Neftçi" "Qarabağ" azarkeşlərini stadiona buraxmadığına görə cəzalandırıldı

 16:28 11.02.2026     475

Əvəzedicilər Liqasının XV turunda keçirilən "Neftçi-2" - "Qarabağ-2" oyununda "Qarabağ" azarkeşlərini stadiona buraxmayan "Neftçi" klubu cərimələnib.

Redaktor.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Belə ki, "Neftçi" klubu bu hərəkətinə görə 200 manat cərimə edilib.

Qeyd edək ki, qarşılaşma "Neftçi-2" komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Vumart və Güvən reklamı Vumart Güvən